Məşhur müğənnin oteldə ölü tapıldı
  • Sənətçinin cəsədi Antalyadakı otellərdən birində aşkarlanıb. Müğənni yanvarın 10-a qədər Antalyadakı gecə klublarının birində səhnəyə çıxacaqmış.

Türkiyənin məşhur türkü ifaçısı Azər Bülbül vəfat edib. Türkiyənin Doğan Xəbər Agentliyinin məlumatına görə, müğənninin meneceri onun telefon zənglərinə cavab vermədiyini görəndə otel işçilərindən Bülbülün oyandırılmasını xahiş edib.

Lakin otel işçiləri müğənninin cavab vermədiyini görərək, onun otağını ehtiyat açarla açıblar. Müğənni yatağında huşsuz vəziyyətdə aşkarlanıb. Dərhal otelə çağırılan təcili yardım həkimləri isə onun öldüyünü bildiriblər.

Bundan sonra hadisə yerinə dəvət edilən Antalya polisi araşdırmalara başlayıb.

Qeyd edək ki, müğənninin 43 yaşı vardı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.