Apple iQoyun
  • Tankda oturub dünyanı seyr edən əziz həmvətənlər! Xəbəriniz olsun ki, Apple iPhone 4-ü biraz bəzəyib, yeni smartfon kimi sırıdıqdan bir neçə həftə sonra, o artıq Bakıdadır. Şəhərdəki telefon mağazalarında ajiotajdır.

Sosial şəbəkərlərdə Gülər-Elşad macaraları aktual olduğu bir vaxtda, bu saat qara camaat arasında da iPhone 5 mövzusu tüğyan edir.

Tankda oturub dünyanı seyr edən əziz həmvətənlər! Xəbəriniz olsun ki, Apple iPhone 4-ü biraz bəzəyib, yeni smartfon kimi sırıdıqdan bir neçə həftə sonra, o artıq Bakıdadır. Şəhərdəki telefon mağazalarında ajiotaj yaşanır. Qiymətlər isə analoqu olmayandır — ən ucuz 16GB iPhone 5-i 1300 manatadır! Qiymətin fantastik olmasına rəğmən hərə bir yolla pul tapıb bu smartfonu əldə etmək istəyir. Bunun da bir neçə səbəbi var — əsası isə Blackberry və Nokia-nın tamamilə sıradan çıxması səbəbindən indi fintekluşkalarla özünü-təsdiqi sevən millətimizin yeganə risovka mənbəyi iPhone olmasıdır. İndi sıravi santexnikdən tutmuş yüksək vəzifəli məmura kimi iPhone işlətməyə can atır. Amma aylıq 300 manat maaş alan küyə-gedən orta-statistik azərbaycanlının bu telefona 1300 manat verməsi düzgündürmü?! Əlbət ki, yox.

Uzun illər Apple məhsullarının aktiv istifadəçisi olmağıma baxmayaraq, yeni iPhone 5-i Apple-in öz müştərilərini qoyun yerinə qoyması kimi dəyərləndirirəm. Bir vaxtlar iPhone öz texnoloji yeniliklərinə görə hər kəsi heyran edib, bununla yüksək qiymətinə haqq qazandırırdısa, indi o texnoloji yeniliklərdən əsar-əlamət qalmayıb və şirkət o “wow” effektin qalıqlarından başqa heçnə təqdim etmir.

Bu günlərdə telefonu testdən keçirdim — ötən ilki 4S-lə müqayisədə barmaqla sadalanacaq qədər kasad yeniliklər var. Ekran biraz uzadılıb, içərisində artıq gözlərimizi mazol etmiş eyni tipli və çiy iOS 6, yeni qulaqcıqlar və fesooo. Heç bir yeni texnologiya, heç bir interfeys dəyişikliyindən söz gedə bilməz. Köhnə hamam, köhnə taz. Bir neçə il davamlı aktiv Apple istifadəçisi üçün bu çox üzücü və darıxdırıcıdır. Hərçənd Apple kimi transmilli şirkətlər hər 2-3 ildən bir öz məhsulunu tamamilə yeniləsə də, bunu iPhone 5-də də görmək qismət olmadı.

Bir qardaş məsləhəti — əgər telefonu risovkalıq səbəbindən almırsınızsa, o zaman marketoloqların cənginə keçib halal (haram) 1300 manatınızı göyə sovurmayın. iPhone hər cəhətcə çox geridə qalır. Məsələn, müqayisə üçün mənim yeni favoritim olan (hələlik satışda deyil) Samsung Galaxy Note II-i götürək. iPhone-nun inkişaf tempini nəzə alsaq, burada təqdim edilən texnologiyalar və interfeys rahatlığı yəqin iOS-də 35-də reallaşar (o da hələ reallaşsa). Baxıb, siz də heyran olun.

 

Pərvin Şükürzadə (www.bir.az)

Xəbərləri paylaşdıqda linklə istinad mütləqdir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.