Oqtay Əsədov Minsk qrupunu tənqid etdi
  • Milli Məclisin payız sessiyası öz işinə başlayıb.Sessiyanı açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, 2012-ci ilin yaz sessiyasında Milli Məclisin 13 iclası keçirilib, 128 qanun layihəsi qəbul olunub.

“Milli Məclis bir sıra ölkələrdə keçirilən parlament seçkilərini müşahidə edib. Rusiyada, Qazaxıstanda, Serbiyada biz parlament seçkilərini izləmişik. Builki payız sesiyasında da bir sıra qanun layihədə daxil edilib. Payız sessiyasında bir sıra qanun layihələrinin qəbul edilməsi gözlənilir. O cümlədən payız sesiyasında “Dövlət büdcəsi haqqında” qanun da qəbul ediləcək”, - deyə O.Əsədov bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov daha sonra Ramil Səfərovla bağlı məsələyə toxunaraq beynəlxalq təşkilatların Azərbaycana qarşı təzyiqlərini pisləyərək ATƏT-in Minsk qrupunu tənqid edib.

“Minsk qrupunun, Avropa Parlamentinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qətiyyətsizliyini ört-basdır etmək üçün belə təzyiqlərdən istifadə edirlər”, - deyə spiker bildirib.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.