Bakı-Ərzurum qaz kəmərində partlayış
  • Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış meydana gəlib.

“İhlas” xəbər agentliyinin (İHA) məlumatına görə, hadisə kəmərin Sarıqamış vilayətinə bağlı Yağbasan və Çatak kəndləri arasındakı hissəsində baş verib. Faktla bağlı məlumat verən rayon rəhbəri Turan Ermiş hadisənin yerli vaxtla saat 20.30-da (Bakı vaxtıyla 22.30) meydana gəldiyini, hər hansı bir yanğın hadisəsinin baş vermədiyini deyib.

Turan Ermiş hadisənin hansı səbəblə meydana gəldiyinin bilinmədiyini, ərazinin meşəlik olması səbəbilə hər hansı yanğın ehtimalına qarşı bölgədə təhlükəsizlik tədbirləri görüldüyünü deyib.

Qeyd edək ki, hadisə barədə BOTAŞ-a məlumat verilərək qaz kəsilsə də, kəmərdə qalan qazın axışı uzun müddət davam edib.

Xatırladaq ki, bu il may ayının 29-da Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Qars vilayəti Sarıqamış rayonundan keçən hissəsində partlayış baş vermiş, bu səbəblə meydana gələn yanğının alovu 100 metr hündürlüyə qədər yüksəlmişdi.

Aynur Cəfərova

azadlıq.info

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.