Prezident Roberto Mario Mouilleronu qəbul edib
  • İlham Əliyev Argentinanın Deputatlar Palatasının nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Argentina Respublikasının Deputatlar Palatasının Azərbaycan-Argentina dostluq qrupunun rəhbəri Roberto Mario Mouilleronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun əhəmiyyəti qeyd edildi, forumun dünyada beynəlxalq humanitar əməkdaşlığın inkişafına töhfə verəcəyi bildirildi.

Son illərdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf etdiyinin qeyd olunduğu görüşdə parlamentlərarası əməkdaşlığın önəmi vurğulandı, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyi bildirildi.

Aynur Cəfərova

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.