İctimai Palata yürüş-mitinqi keçirilməsi ilə bağlı qərar verib
  • İP KŞ-nın üzvü Köçəri Nağıbəylinin verdiyi məlumata görə, aksiyanın keçirilməsi ilə bağlı qərar qurumun növbədənkənar iclasında qəbul olunub.

Yürüş-mitinqdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələb olunacaq. 

K. Nağıbəyli deyib ki, yürüş-mitinqin keçirilməsi üçün bir neçə yer təklif olunsa da, ən optimal yer kimi keçmiş Əzizbəyov heykəlinin qarşısından Milli Məclisin önünə qədər marşrut seçilib: “Aksiyanın oktyabrın 13-də keçiriləcəyi nəzərdə tutulub. Aksiyanın saatı isə hələ müəyyənləşdirilməyib”. 

O, bununla bağlı paytaxt meriyasına müraciət ediləcəyini də qeyd edib.

Aynur Cəfərova

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.