ABŞ səfirinin Sərdar Cəlaloğlu ilə görüşü baş tutmayıb
  • ADP sədri ilə Amerikanın ölkəmizə yeni təyin olunmuş səfiri Riçard Morninqstarın vəd olunmuş görüşü baş tutmayıb.

Bunu açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu  deyib. “Bununla bağlı nə biz  tərəfdən, nə də ki,  Amerika səfirliyi tərəfindən  təşəbbüs göstərilib”-deyə ADP sədri bildirib.

“Bu həftə bu görüşlə bağlı məsləhətləşdik ki,  özümüz  təşəbbüs göstərib, görüşək. Çünki son vaxtlar  Azərbaycanda,  bölgədə , dünyada  baş verən hadisələrlə bağlı görüş vacibdir.  Görüş çərçivəsində aparılan söhbət,   Amerika səfirliyi ilə fikir mübadiləsi etmək  müəyyən məsələlərə   xeyli aydınlıq gətirə bilər”-deyə S.Cəlaloğlu vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanda parlament seçkilərinin  nəticələrindən sonra yaranan vəziyyət,  Azərbaycanda   deputatlarla bağlı qalmaqalı,  Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı məsələni səfirlə müzakirə etmək istəyir.  ADP sədri qeyd edib ki,   görüşün nə vaxt baş  tutması Amerika səfirliyindən asılıdır:

“Biz onlara məcbur edə bilmərik ki,  bizimlə görüş. Biz onlara təklif edəcəyik,  onlar da nə vaxt bu  təklifi qəbul etsə,  o vaxt da görüş baş tutacaq”. Xatırladaq ki, Morninqstar səfir kimi fəaliyyətə başladıqdan sonra ölkə müxalifət partriyalarının rəhbərləri ilə görüşüb. Amma bu görüşə ADP dəvət edilməyib. Səfirlik o zaman bunu “texniki səhv” adlandıraraq yaxın günlərdə S. Cəlaloğlunun Morninqstarla təkbətək görüşünün təşkil olunacağını vəd etmişdi.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.