Beynin gücü nə vaxt azalır?
  • 40 yaşdan sonra beynin gücü 3,6 faiz azalır. Yeni aparılan araşdırmanın nəticəsinə görə, beyin düşünüləndən daha tez zəifləməyə başlayır.

"University College of London"nun mütəxəssisləri bu nəticələri əldə etmək üçün 10 ilə yaxın araşdırma aparıblar. Araşdırmada yaşı 45-70 arası olan minlərlə insan iştirak edib.

Alimlərin sözlərinə görə, 45-49 yaş arası olan insanların yaddaş, idrak və fikir irəli sürmə qabiliyyətində 3 faizlik azalma asanlıqla müşahidə edilib. Bu aralıqda həm qadın, həm də kişilərdə beynin gücü 3,6 faiz səviyyəsində azalır. 65-70 yaş arasında kişilərin fikir yürütmə qabiliyyəti 9,6, eyni yaşda olan qadınlarda isə 7,4 faiz azalır.

Qeyd edək ki, daha öncə aparılan tətqiqatlar zehni düşüşün 60 yaşdan sonra başladığına işarə edirdi. Yaş artıqca azalmayan yeganə şey insanın söz xəzinəsi olur.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.