Abid Şərifov: “Bakıda “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil”
  • Bakıda “Xruşşovka”ların sökülməsi məsələsi hələlik gündəmdə deyil.

Bu barədə jurnalistlərə baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, “Xruşşovka”lardan əvvl şəhərin ətrafındakı “naxalstroy” tikililərin sökülməsi məsələsi gündəmdədir: “Bir mərtəbəli tikililəri qoyub, niyə “Xruşşovkaları sökməliyik? Kimsə belə şaiyə buraxıb. Amma bu barədə deyilənlər həqiqətə uyğun deyil”.

A. Şərifov deyib ki, hazırda ölkə prezidentinin göstərişinə uyğun olaraq Yaponiya və Hollandiyadan gəlmiş mütəxəssislərlə birgə Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı ətrafındakı göllərlə bağlı ətraflı layihələndirmə işləri aparılır: “Yəqin ki, bu layihə ilin sonuna qədər təqdim olunacaq”.

 

Aynur Cəfərova

 

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.