"Messi və Ronaldonu geridə qoymaq mənə zövq verir"
  • "AS" saytının verdiyi məlumata görə, İspaniya La Liqasında ən çox qol vuran futbolçu Radamel Falkao, argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldonu geridə qoyduğu üçün xoşbəxt olduğunu bildirib.

İspaniya mətbuatına müsahibə verən Falkao, hər iki oyunçunu böyük futbolçular adlandırıb. "Messi və Ronaldo kimi böyük futbolçuları bombardirlərin siyahısında geridə qoymaq gözəl hissdir. Ümid edirəm ki, bu uğuru davam etdirə biləcəm. İstəyirəm ki, ötən illə müqayisədə bu il daha çox qol vura bilim."

Qeyd edək ki, Falkao "Atletika Madrid" klubunun heyətində 7 tur ərzində 9 dəfə rəqib qapçılarını məyus etməyi bacarıb. Messi və Ronaldo isə çempionatda hələlik 8 qol vurub.

Vüsalə Telmanqızı

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.