"Sony Xperia"nın satışına qadağa qoyuldu
  • Yaponiyanın texnologiya nəhəngi olan "Sony" şirkətinin "İFA 2012" təqdimat mərasimində təqdim etdiyi planşet "Xperia"nın satışı dayandırıldı.

Buna səbəb isə Modelin iddia etdiyi xüsusiyyətə cavab verməməsi oldu. Artıq bir çox ölkələrdə satışa çıxarılan "Xperia"nın  satışının dayandırılması "Sony" şirkətinə şikayətlərin başlamasına səbəb oldu. (HT)

Bəs "Sony" şirkəti hansı xüsusiyyətə cavab vermədi?

"Sony Xperia" rəsmisi "iFA 2012"-də bildirmişdi ki, cihaz heç  bir zaman su keçirmir. Lakin mütəxəssislər apardıqları təcrübələrdə ekranla kabro arasında olduqca çox aranın olduğunu və buna görə də, suyun bura çox rahatlıqla nüfuz etdiyini göstərdilər. Bundan sonra isə texnologiya şurası "Sony" şirkətinin iddiasının əsasız olduğuna qərar verib, cihazın fəaliyyətinin dayandırılmasına qərar verdi.

Dünyada 399, 599 dollar arasında satılan cihaz 10,1 düyümlük ekrana malik idi.

Vüsalə Telmanqızı

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.