Xamneyi: “İrana müdaxilə zamanı əsla geri addım atmayacağıq” (FOTO)
  • “İran xalqı heç vaxt təcavüzkar olmayıb. Ancaq ölkəmizə qarşı mümkün müdaxilə zamanı əsla geri addım atmayacağıq”.

Bu fikirləri İranın ali dini lideri, ali baş komandan, ayətullah Əli Xamneyi Şimali Xorasan vilayətində ölkə silahlı qüvvələrinin qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İran silahlı qüvvələri düşmənlər qarşısında xalqın qoruyucu çətiri və təhlükəsizlik ünsürüdür: “Müharibəpərəst imperialist qüvvələr savaş çıxarmaq məqsədilə silah satışı həyata keçirərək kapitalist qüvvələrə bağlı hərbi sənaye sahələrini gücləndirməyə çalışırlar”.

Ayətullah Xamneyi deyib ki, imperialist qüvvələri müharibə fikrindən daşındırmağın yeganə yolu İran xalqının və silahlı qüvvələrin müdafiəyə hazırlıqlı olmasıdır: “Gənclər başda olmaqla İran xalqı güclü əhval-ruhiyyəyə sahibdir, ölkənin silahlı qüvvələri də keçmişdən daha güclü və ölkəni müdafiə etməyə daha hazırlıqlıdır. Bu ruh və anlayış olduğu müddətdə də düşmənlərin heç bir şəkildə İrana hücum və təhdidinə icazə verilməyəcək”.

O, İran hərbçilərinin İraqla 8 illik müharibədə qələbə çaldığını, İsraillə 33 gün davam edən Livan və 22 gün davam edən Qəzza savaşında da düşmənin müasir və güclü silahları qarşısında zəfər qazanacaq qüvvədə olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Sabina Əsədova

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.