ŞOK! Bərdədə kütləvi dava
  • Bərdədə bir qrup şəxs arasında dava olub, ölən və xəsarət alanlar var.

Bərdə rayon prokurorluğundan verilən məlumata görə, rayonun Hüseynalılar kəndinin bir qrup sakini arasında yaranan mübahisə zamanı 1977-ci il təvəllüdlü Ramil Sadıqov 1995-ci il təvəllüdlü Husif Yusiflini, 1988-ci il təvəllüdlü Zamin Dadaşovu və 1960-cı il təvəllüdlü Allahyar Dadaşovu bıçaqlayıb.

1992-ci il təvəllüdlü Dadaşov Əhməd Allahyar oğlu isə idarə etdiyi avtomobillə 1985-ci il təvəllüdlü Nuri Əsədovu vurub.

Husif Yusifli aldığı xəsarətdən dünyasını dəyişib, digər yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci) maddəsi ilə cinayət işi başlanıb.

Aynur Cəfərova

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.