Lezbiyan olduğu iddia edilən gənc qızı zorlayanlardan ikisi eşcinsəl olduqlarını və qızlara maraq göstərmədiklərini bildirdilər. İddiaya görə, rəfiqəsi B.Ş. (20) ilə birlikdə S.Y. (19) ev kirayəsini ödəyə bilmədiyi üçün Fatehdə yaşayan dostugilə köçüb. S.Y-ə dərmanlı meyvə suyu içirən C.D. evdə qonaq olan universitet tələbələri homoseksual S.A. (22) və İ.K. (19) ilə birlikdə gənc qızı zorlayıb. Polisə şikayət edən S.Y. təcavüzkarların hadisədən sonra onu hamama aparıb sübut qalmasın deyə çimizdirdiklərini və daha sonra evdən qovduqlarını bildirib.
Polis gənc qızın ifadəsi istiqamətində C.D. ilə iki yoldaşı həbs edilib. Şübhəlilərdən C.D. "Evə gəldi, dərdləşdik, borc istədi vermədim sonra çıxıb getdi. Hər hansı bir cinsi əlaqəmiz olmadı" deyə bildirdi. Universitet tələbələri isə homoseksual olduqlarını, qadınlara maraq göstərmədiklərini açıqladı.
Müayinə nəticəsində gənc qıza təcavuz edildiyi məlum olub. Ədliyyəyə göndərilən şübhəlilər isə həbssiz mühakimə olunacaq.
Aynur Cəfərova
(FOXnews.az)