Güləyən insanlar daha çox yaşayır
  • Gülüş immuniteti möhkəmləndirir, bizi stresslərdən qoruyur və qanda xoşbəxtlik hormonu olan endorfinin miqdarını artırır.

 

Elm sübut edib ki, biz hər dəfə gülərkən orqanizmdə qocalma prosesləri ləngiyir. Nə qədər ucadan gülürüksə, orqanizm bir o qədər aktiv şəkildə antitellər hasil edərək müxtəlif infeksiyalara qarşı daha davamlı olur.

Səbəbli və səbəbsiz gülüş min bir dərdin  dərmanıdır. Bunun ən azı 6 əsas izahı var.

Gülüş zamanı immunitet möhkəmlənir, ürək-damar  sisteminin vəziyyəti yaxşılaşır, hipertoniklərin təzyiqi normallaşır.

Gülüş qarın əzələlərini yığılmağa və boşalmağa  vadar edir ki, bu da mədə və bağırsağın işini  normallaşdıraraq orqanizmdə şlaklar, toksinlər və xolesterinin daha tez  xaric edilməsinə imkan yaradır.

Hər təbəssüm ürək və baş beyinin qan təchizatını canlandırır, ağ ciyərlərin ventilyasiyasını yaxşılaşdırır, üz dərisinin daha yaxşı nəfəs almasına kömək edir. Nəticə - görünüşünüz heyranedicidir.

Gülən zaman xüsusən də uzun müddət kompüter monitoru qarşısında oturan insanın kürək və boyun əzələləri boşalır.

Gülüş kədəri unutmağa kömək edir, depressiyadan xilas edir, yalnız ruhun yox, fiziki formanın da normal qalmasına imkan yaradır.

Çox gülən insanlar allergiya və ya digər dəri səpkilərinə daha az məruz qalır.

Əli Əliyev

(FOXnews.az)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.