Galaxy S3 “İlin ən yaxşı ağıllı telefonu” seçildi
  • Samsung-un rekorda doymayan ağıllı telefonu Galaxy S3, üç ay kimi qısa bir müddətdə 20 milyon satış rəqəmi əldə etmiş və il sonuna qədər isə 30 milyon rəqəmini hədəf seçmişdir.

İndiyə qədər dünya üzrə bir çox bazarda siyahı əvvəli olan Galaxy S3 ‘ün bu rəqəmə gözləniləndən daha əvvəl çatacağını söyləyə bilərik.

Galaxy S3 4.8 inch ölçüsündəki Super AMOLED HD ekran ilə yanaşı dörd nüvəli Exynos platformasından güc alır. Təqdim etdiyi güclü quruluşun yanında 2100 mAh batareya gücü ilə uzun müddət istifadə təcrübəsi, S-Voice, Smart Stay, Direct Call və Pop Up Play kimi əlavə dəstək təqdim edən tətbiqlərlə istifadəçilərin razılığını qazandı.

Geridə buraxdığımız avqust ayında EISA (Avropa Görüntüləmə və Səs Birliyi) tərəfindən “Avropanın Ən Yaxşı Mobil Telefonu” mükafatına layiq görülən telefon üçün T-Mobile gsm operatoru öz profilində Amerikada “Bütün zamanların ən çox satılan telefonu”nun Galaxy S3 olduğunu açıqladı. Galaxy S3 ‘ün Amerika versiyası, LTE dəstəkli və 1.5GHz sürətində işləyən cüt nüvəli Snapdragon S4 prosessor və 2GB RAM-dan ibarət olur.

Dünya üzrə olduqca məşhur bir cihaz olmağı bacaran Galaxy S3 qısa müddət əvvəl hər il ənənəvi olaraq verilən T3 Awards mükafatları arasında “İlin ən yaxşı ağıllı telefonu” mükafatına layiq görüldü. Keçən il bu mükafata yenə Samsung-un 2011-ci ilə damğa vuran ağıllı telefonu Galaxy S2 layiq görülmüşdü.

Android 4.1 Jelly Bean yeniləməsini oktyabr ayı içərisində almağa başlayacaq olan telefon Androidin ən sabit, sürətli, etibarlı və stabil versiyası ilə performans nöqtəsində əhəmiyyətli bir artım sərgiləyəcək. Galaxy S3 bununla bərabər Google-un rəqəmsal assistent xidməti Google Now yeniliyini istifadəçilərinə təqdim edir. Bu telefonun uğurundan doymaq bilməyən Samsung isə bu yaxınlarda Galaxy S3 Mini modelini də elan etmişdi.

Əli Əliyev

(FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.