Müsavat gürcü və erməni liberalları ilə görüşəcək
  • Oktyabrın 28-29-da Tiflisdə Cənubi Qafqaz respublikalarının Avropa Liberal İttifaqına daxil olan üç partiyası arasında görüş olacaq.

Görüşdə Ermənistanı Ermənistan Ümummilli Hərəkatı, Gürcüstanı Respublikaçılar Partiyası, Azərbaycanı isə Müsavat Partiyası təmsil edəcək.

FOXnews.az-ın Lent.az-a istinadən veridyi məlumata görə, Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılının bildirdiyinə görə, adıgedən üç partiyanın rəhbərləri bu çərçivədə əvvəllər də görüşüblər.

“Bu görüşlər Avropa Liberal İttifaqına daxil olan partiyaların əməkdaşlığı çərçivəsində keçirilir. Bu görüş də ənənəvi görüşdür”.

Arif bəyin dediyinə görə, görüşdə Müsavatı, böyük ehtimalla, partiya başqanı İsa Qəmbər təmsil edəcək. “Amma görüşdə hansı məsələlərin müzakirə olunacağı bəlli deyil. Çünki gündəlik hələ müəyyənləşməyib” - deyə, Hacılı bildirib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.