Yaxın gələcəkdə çörəyi banan əvəz edə bilər
  • Qlobal istiləşmə və planetdə orta temperaturun müntəzəm olaraq artması nəticəsində bəşəriyyət çörəyi bananla əvəz etməli olacaq.

Odur ki, yaxın gələcəkdə mətbəximizdə banandan gündəlik istifadə labüd ola bilər.

BMT-nin Ərzaq təhlükəsizliyi üzrə komitəsinin dərc etdiyi yeni hesabatda əsas qidalanma məhsullarının istehsalının kəskin düşəcəyi proqnozlaşdırılır. Məruzədə təşkilatın ekspertləri bir çox inkişaf edən ölkələrdə qarğıdalı, düyü və buğdanın istehsalının kəskin şəkildə azalacağı barədə xəbərdarlıq edirlər.

Mütəxəssislərin fikrincə, banan kənd təsərrüfatında getdikcə daha mühüm rol oynamağa başlayacaq və bütün dünyada milyonlarla insan üçün mühüm qida mənbəyinə çevriləcək.

Qeyd edək ki, banan dünyada ən məşhur meyvələrdən biridir və əhəmiyyətinə görə dördüncü qida məhsuludur. Bu bitkinin təxminən 40 növü mövcuddur. O əsasən cənub-şərqi Asiyada və Sakit okean adalarında yayılıb. Hindistan, Çin və Fillipin bu məhsulun dünya bazarına əsas ixracatçısıdır.

Banan meyvəsinin ləti insan orqanizmi üçün bir çox faydalı karbohidratları və sellülozu, C, B1, B2 vitaminlərini, mineral maddələri - fosfor, dəmir, kalium, kalsium və maqneziumu özündə birlşdirir.

Bir çox ölkələrdə banandan hazırlanmış yeməklər geniş yayılıb. Məsələn, ondan Kosta-Rikada bal siropu, Venesuelada "Yo-Yo" (yumşaq ağ pendirlə banann dilimləri), Latın Amerikasında populyar Maduros (duzla qızardılmış banan dilimləri) yeməyi hazırlayırlar. Afrikada banandan balıq yeməklərinə qarnir kimi istifadə geniş yayılıb. Həmçinin burada bu meyvədən oladilər bişirilir. Filipində banan ketçupu, ABŞ-da isə banan dondurması məşhurdur.

İnternet şəbəkəsində banandan çörək reseptləri tapmaq mümkündür. İstifadəçilərin sözlərinə görə, belə çörəklər ənənəvi analoqundan heç də az faydalı deyil. Eləcə də banandan uşaq yeməkləri, cemlər, kekslər, kofe, çipsilər və hətta pivə hazırlanır. Bundan başqa, bu meyvədən tibdə və kosmetologiyada istifadə olunur. Məsələn, banan qabığından zədələnmə zamanı şişikinliyi uğurla aradan qaldıran cövhər hazırlanır.

Vüsalə Telmanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.