Lionel Messi "Qalatasaray"dan danışdı
  • “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Türkiyədəki futboldan danışıb.Argentinalı oyunçu “Qalatasaray” və Fatih Terimdən ağız dolusu danışıb.

Messi türk futbolu ilə bağlı bu sözləri deyib: “Təəssüf ki, türk futbolunu tam olaraq izləmək şansım olmur. Amma Frank Raykard və Qutinin Türkiyədən tez bir zamanda ayrılması heç də yaxşı olmadı. İkisinin də orada yaxşı işlər görəcəyini düşünürdüm. Çempionlar Liqasında “Qalatasaray” klubunun oyunlarını izləyirəm. Əlbəttə ki, Fatih Terimi də tanıyıram. Terim, hücumu sevən və daim qol vurmağı düşünən bir komanda yaradıb”.

Vüsalə Telmanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.