"Qalatasaray"lı futbolçu boşandı
  • Türkiyənin və “Qalatasaray” klubunun forvardı Umut Bulut həyat yoldaşından ayrılıb.

Xatırladaq ki, 2008-ci aprelin 28-də Umut Bulut Ankarada Esma Uzunla evlənmişdi. Ancaq gənclərin arasında çox vaxt anlaşılmazlıq olurdu. Umut Bulut Trabzon Ailə məhkəməsinə boşanma ərizəsi verib. Məhkəmə hələ ötən ilin mayında ailə birliyinin bünövrəsinin dağılması və tərəflər arasında güclü narazılığa görə boşanma qərarı vermişdi.

Bu günlərdə məhkəmə Umut Bulutun ayrıldığı yoldaşına  60 min lirə mənəvi, 80 min lirə maddi (cəmi 140 min) təzminat və 3 min 500 lirə aylıq pul ödəməsinə qərar verib.

Bununla da Türkiyə millisinin “Qalatasaray”lı futbolçusu yoldaşı Esma Bulut ilə rəsmən boşanıb.

Əli Əliyev (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.