Bakıda daha bir neçə yol bağlanıb
  • Bakıda daha bir yol avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanılıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən FOXnews.az-a verilən məlumata görə, Nobel prospektindən şəhər istiqamətində M.Mirzəyev küçəsi ilə S.Əhmədov küçəsinin kəsişməsində zolaqların rənglənməsi ilə əlaqədar iki zolaq müvəqqəti olaraq bağlıdır.

Bundan başqa təmir işlərinin aparılması ilə əlaqədar olaraq Füzuli meydanından Rəsul Rza küçəsinə qədər olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Sürücülərdən həmin istiqamətdə hərəkət edərkən diqqətli olmaları xahiş olunur.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.