Samir Cavadzadəyə cinayət işi açıldı
  • Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadənin otaq yoldaşını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, baş vermiş hadisə ilə bağlı təkrar ekspertiza keçirilib. Ekspert rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan Elvin Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar fakta görə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Başlanmış cinayət işi əlaqədar S. Cavadzadənin barəsində həbs qətimkan tədbirinin seçilməsi də istisna edilmir.
İstintaq başa çatdıqdan sonra məhkəmə S. Cavadzadənin törətmiş olduğu cinayəti sübuta yetirəcəyi təqdirdə onu üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.
Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb.İlkin olaraq hər iki şəxs mətbuata yalan məlumatlar verərək faktı təkzib etsələr də, polisə verdikləri ifadələrində hadisəni etiraf ediblər.Qeyd edək ki, Samir Cavadzadə 2008-ci ildə Azərbaycanı “Eurovision” yarışmasında təmsil edib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.