Toy kortejində növbəti atışma
  • Növbəti “toy atışması” Krasnodarskda qeydə alınıb. Noyabrın 17-də toy kortejindən havaya fasiləsiz atəş açılıb.

Rusiya Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarına bir qadın məlumat verib.

Atəş “Mercedes”dən açılıb. Yerli polis əməkdaşları məlumatı araşdırıb və havaya atəş açanın şəxsiyyətini müəyyən edib. Məlum olub ki, bu, 28 yaşlı cavan oğlandır.

Dindirilmə zamanı saxlanılan şəxs günahını boynuna alıb və İJ-77 qaz silahından atəş açdığını bildirib. Saxlanılan barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Qeyd edək ki, son 1 ayda yalnız Moskvada 3 analoji hadisə qeydə alınıb. Noyabrın 12-də isə havaya atəş açdığına görə 18 yaşlı həmyerlimiz, iş adamı Seymur Nəbizadə saxlanılaraq 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.