Bakıda mənzilə soxulan quldurlar 76 yaşlı qadını ölümcül hala saldı
  • Noyabrın 20-nə keçən gecə Bakı şəhərinin Səbail rayonu ərazisində quldurluq hadisəsi baş verib.

Naməlum şəxs və ya şəxslər ev sahibinin evdə olmadığını düşünərək Zərgər Palan küçəsi ev 5, mənzil 40 ünvanına daxil olublar.

Bu zaman həmin şəxslərin qarşısına ev sahibinin anası, 76 yaşlı Aliyə Mahmudbəyova çıxıb. Təşvişə düşən quldurlar qadına bıçaq və küt alətlə çoxsaylı zərbələr endirərək qaçıblar.

76 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda mənzilə soxulan şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Araşdırmalar davam etdirilir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.