Rus qızları ər axtarışınma çıxıblar
  • Rusiyada 17-30 yaş arasındakı əyalət və keçmiş sovet ölkələrindən olan gənc qızlar ər tapmaq üçün paytaxt Moskvaya axın etməyə başlayıblar.

 

FOXnews.az-ın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiyada aparılan araşdırmadan sonra məlum olub ki, əyalətdən və  MDB ölkələrindən olan gənc qızların böyük əksəriyyəti evlənmək məqsədiylə Moskvaya köçür, aparılan sorğuda bu qızların 40 faizi məqsədlərinin məhz bu olduğunu etiraf ediblər.

Qəzetin verdiyi xəbərə görə, sorğuda iştirak edən qızlar arzuladıqları ərin hansı xüsusiyyətlərə malik olmasından da danışıblar. Onların böyük əksəriyyəti gələcək ərlərinin “əsl kişi” olmasını və “öz ayaqları üstündə durması”nın vacib olduğunu deyiblər. Əyalət qızlarınının bir hissəsi gələcək ərinin varlı, bir hissəsi isə qayğıkeş olmasını arzulayır.

Araşdırma nəticəsində həm də o bəlli olub ki, Rusiyanın əyalətlərindən və keçmiş sovet ölkələrindən Moskvaya köç edən qızların xarici görünüşündə ciddi dəyişikliklər baş verib. Sorğuda iştirak edən qızların hamısı Moskvaya köçən kimi saç formalarını, saç rənglərini və geyim tərzini dəyişdirdiklərini deyiblər.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.