İran sualtı qayığını suya buraxıb
  • İran çərşənbə günü iki "Qadir" sualtı qayığını və hava yastıqlı iki kateri suya endirib.

Yeni gəmilərin istismara verilməsi HDD komandanı kontradmiral Həbibulla Səyyarinin və yüksək rütbəli məmurların iştirakı ilə keçirilib. Bu barədə IRINN xəbər verir.

 

Sayyari dünən bildirib ki, İran ekspertləri, həmçinin xüsusi sualtı trenajorlar yaradıblar ki, onlardan dənizçilərin sualtı gəmilərin içində uzun müddət qalmaq üçün hazırlanmasında istifadə olunacaq.

Komandanın sözlərinə görə, həmçinin sələflərindən təkmilləşdirilmiş cəhətləri ilə fərqlənən "Sina-7" xətt gəmisi suya endirilib.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.