AZAL biletlərin qiymətini qaldırdı
  • Dekabrın birindən etibarən AZAL təyyarə biletlərinin qiymətlərini qaldırıb. Bu barədə Türkyəyə bilet alan vətəndaşlardan biri məlumat verib.

Onun sözlərinə görə, AZAL-dan alınan təyyarə bileti dekabrın 1-nə qədər Bakı-Ankara istiqamətində 220 manat olduğu halda, hazırda bilet 250 manata satılır.

Vətəndaşların diqqətinə çatdırılıb ki, qiymət artımı həm Türk Hava Yollarına, həm də AZAL-dan alınan biletlərinə aidir. Qiymətin nə səbəbə artması izah olunmasa da, AZAL-dan bütün şirkətlərə bu barədə məktub daxil olduğu bildirilir və həmin məktubdan sonra qiymət 30 manat artırılıb.

Qeyd edək ki, yaxın günlərdə Bakıdan bütün Avropa ölkələri istiqamətində uçan təyyarələrdə də qiymət artımı gözlənilir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.