İran səfirliyinin əməkdaşı Azərbaycana buraxılmadı
  • İran mətbuatı İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşının ölkəyə buraxılmadığı barədə məlumat yayıb.

Məlumata görə, hələlik adı açıqlanmayan həmin şəxsin xidməti pasportunun və 3 aylıq vizasının olmasına baxmayaraq Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəyə buraxılmayıb.

Məlumatda o da bildirilib ki, ali dini rəhbərin Azərbaycandakı təmsilçisinə 1 illik vizanın verilməsindən də imtina olunub.

Bundan əvvəl isə İranın “Arannews” saytı İran səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşlarına viza verilmədiyi barədə məlumat yaymışdı

Sabina Əsədova

(azadlıq.info)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.