Azərbaycan Milli Konservatoriyasının yeni binası belə olacaq (FOTO)
  • Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasına başlanılıb.

Yeni bina Bakının Yasamal rayonu ərazisində, Ələsgər Ələkbərov (Space TV-nin binasının arxası) küçəsində tikiləcək. Bina 9 mərtəbəli olacaq. Burada çoxsaylı tədris otaqları ilə yanaşı, inzibati mərkəz, studiyalar da yerləşəcək.

Qeyd edək ki, noyabrın 29-da prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasını tamamlamaq məqsədi ilə sərəncam imzalayıb. Sərəncama əsasən Prezidentin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasının tikintisinə 3 milyon manat ayrılıb.

Jalə Suleymanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.