Bakıda “21 dekabr”la əlaqədar avtomobil seyrəkliyi müşahidə edilir
  • Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov avtomobil azlığının səbəbi açıqlanıb.

Vaqif Əsədov APA-ya açıqlamasında bildirib ki, dünən axşam saatlarından paytaxtın küçə və prospektlərində boşluq müşahidə olunur: “Bakı küçələrində nəqliyyat vasitələrinin az olmasına səbəb bəzi kütləvi informasiya vasitələrində yayılan “21 dekabr-qiyamət günü” ilə bağlıdır”.

Vaqif Əsədov,  həmçinin qeyd edib ki, adətən paytaxtın avtomobil yollarında şənbə və bazar günləri boşluq olur. Lakin dünən və bu gün olan boşluq sırf bu şayiələrə inanan sürücülərin avtomobillərindən az istifadə etməsi ilə bağlıdır.

Vaqif Əsədov sürücülərə müraciət edərək onları bu kimi şayiələrə uymamağa çağırıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.