Gülər Əhmədova polis nəzarətində, xaricdən vəkil çağırır
  • Sabiq millət vəkili Gülər Əhmədova polis nəzarəti altında ev dustağıdır. Gülər Əhmədova bunu “haqqin.az” saytına açıqlamasında bildirib.

O, Nəsimi Rayon Məhkəməsinin ev dustağı olması barədə qərar çıxardığını, hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verdiyini də söyləyib. O, vəkillərinin yeni müdafiə taktikası seçəcəyini də qeyd edib.

Qeyd edək ki, Gülər Əhmədova Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qalmaqallı videogörüntünü mətbuatda yaymasından sonra deputat mandatından imtina edib. Gülər Əhmədova “haqqin.az” saytına açıqlamasında bundan sonra Elşad Abdullayevin bəyanatlarını şərh etməyəcəyini də söyləyib. O, həyat yoldaşı Fikrət Əhmədovun AzTV-də tutduğu vəzifədən kənarlaşdırıldğını da təsdiqləyib. Gülər Əhmədova bundan sonra müdafiə edəcək vəkillər qrupunda xarici ölkələrdən dəvət ediləcək vəkillər də olacaq.

Gülər Əhmədova qalmaqallı videogörüntüdə yer alan və bir neçə gün əvvəl ürək tutmasından vəfat edən Sevinc Babayevanın oğlunun dövlət başçısına müraciətinə isə münasibət bildirməkdən imtina edib. Sevinc Babayevanın oğlu anasının ölümündə Gülər Əhmədovanı günahlandırıb.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.