Asma körpüdən yük maşını aşdı (FOTO)
  • Bu gün səhər Sabunçu rayonu ərazisindəki (“Koroğlu” metrostansiyasının yaxınlığında) asma körpüdən ağır tonnajlı “Shacman” markalı yük avtomaşını aşıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəliblər. Yol polisi əməkdaşlarından biri hadisə yerində olan müxbirimizə deyib ki, ilkin ehtimallara görə, qəzaya səbəb sement daşıyan yük avtomaşının sürücüsünün diqqətsizliyi olub. Digər bir ehtimala görə, sürücü qəfil qarşısına çıxan minik avtomaşınını zədələməmək üçün manevr etməyə çalışıb və nəticədə idarəetməni itirərək körpüdən aşıb. Qəza zamanı avtomaşının kabinəsi deformasiyaya uğrayıb və sürücü kabinədə sıxılmış vəziyyətdə qalıb. FHN əməkdaşları onu xüsusi vasitələrlə kabinədən çıxararaq təcili yardım avtomaşını ilə xəstəxanaya göndəriblər. Qəza anı yaxınlıqdakı nəzarət kameralarına da düşüb. Bu baxımdan qəzanın səbəbini ayırd etmək elə də çətin olmayacaq.

 

Jalə Suleymanqızı

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.