Bayram günlərində Bakıda baş verən yol qəzalarında 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
  • Bayram günlərində Azərbaycan paytaxtında baş verən yol qəzalarında 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Bayram günlərində Bakıda baş verən yol qəzalarında 5 nəfər ölüb. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya verdiyi məlumata görə, dekabrın 31-dən yanvarın 4-dək paytaxtda 27 yol nəqliyyat hadisəsi qeydə alınıb.

Baş vermiş qəzalarda 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Ötən ilin bayram günləri ilə müqayisədə 2 hadisə, 1 ölüm faktı azalsa da, 4 xəsarət artıb.

Qəzalar paytaxtın Nərimanov, Nizami, Yasamal və Suraxanı rayonunda qeydə alınıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.