Baş Prokurorluq Gülər Əhmədovanın ev dustağı edilməsi xəbərini təkzib etdi
  • “Gülər Əhmədovanın barəsində ev dustaqlığı qəti-imkan tədbirinin seçilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur”.

Bunu APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. E. Sultanov istintaqın gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumatın veriləcəyini də bildirib.

Qeyd edək ki, “haqqin.az” saytı G. Əhmədovaya istinadən Nəsimi Rayon Məhkəməsinin onun ev dustağı olması barədə qərar çıxardığını, hər gün evində olduğu barədə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına, sahə müvəkkilinə məlumat verdiyini yazıb.

Sabina Əsədova
Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.