Venesuela prezidenti Uqo Çaves öldü
  • Ölkənin informasiya naziri Ernesto Villeqas bildirib ki, Venesuela lideri Çavezin ölümünə səbəb onun nəfəs çatışmamazlığının daha da kəsginləşməsi olub. Venesuela prezidenti ağ ciyər infeksiyasindan əziyyət çəkirdi.

Venesuela hökumətinin bildirdiyinə görə, prezident Uqo Çavez ağ ciyər infeksiyasindan əziyyət çəkirdi. Ölkənin informasiya naziri Ernesto Villeqas bildirib ki, Venesuela lideri Çavezin ölümünə səbəb onun nəfəs çatışmamazlığının daha da kəsginləşməsi olub. Nazir hələlik prezidentin cənazəsinin Venesuelaya nə vaxt aparılacağı barədə açıqlama verməyib.

Venesuela lideri keçən il dekabr ayının 11-i xərçəng xəstəliyindən Kubada keçirdiyi cərrahiyə əməliyyatından sonra ictimaiyyət arasında görünmürdü. Çavezə xərçəng diaqnozu 2011-ci ildə qoyulmasına baxmayaraq, bu vaxta qədər vəziyyətinin ağırlaşdığı barədə məlumat verilməmişdi.

Bu həftənin əvvəlində Venesuelanın vitse-prezidenti Nikolas Maduro Çavezin vəziyyətinin qeyri-sabit olduğunu demişdi.

Sabina Əsədova (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.