Bakıda yaşayış binasında partlayış baş verib
  • Bazar günü Bakı şəhərinin Nərimanov rayonunda yaşayış binasında partlayış baş verib.

FOXnews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvə və texnikası hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılmışdır.

Beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 1 otaqlı mənzilində partlayış nəticəsində mənzilin eyvanının arakəsmə divarları və pəncərə çərçivələri dağılmış, hadisə zamanı evdə olan 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri almış, yanğın hadisəsi olmamışdır. Yaralı xəstəxanaya aparılmışdır.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 21:54-də başa çatmışdır.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.