Abdullah Öcalanla Ərdoğan hökuməti razılaşdı
  • Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) PKK lideri Abdullah Öcalanla razılığa gəlib.

Bu barədə Türkiyənin "Taraf" qəzeti məlumat yayıb. Məlumata görə, baş nazir Rəcəb Tayyip Ərdoğanın adından danışıqlar aparan MİT rəsmiləri terrorbaşı Öcalanla 3 bəndlik razılaşma əldə edib.

Qeyd edək ki, iki tərəf arasında əldə olunan razılaşmaya əsasən, ilkin mərhələdə 2013-cü ilin may ayında PKK sülh elan edərək Türkiyədən çıxacaq. Eyni zamanda Türkiyə hökuməti də kürd üsyançılara qarşı hərbi əməliyyatları dayandırmaq üçün demokratik islahatları sürətləndirəcək və böyük Kürdüstan uğrunda həbs edilənlərin azadlığa buraxılmasını təmin edəcək.

İkinci mərhələdə Türkiyə dövləti yeni konstitusiyanın hazırlanmasıda kürdlərin Sülh və Demokratiya Partiyası ilə məsləhətləşmələr aparacaq. Parlamentdə kürd lider və biznesmenlərin qətlini araşdıracaq xüsusi komisiya yaradılacaq. PKK təşkilatı bununla silahı birdəfəlik yerə qoyacaq və parlamentdə təmsil olunmaq imkanı qazanacaq.

Nəhayət üçüncü mərhələdə isə dağda döyüşən kürdlərin evlərinə qayıtması üçün şərait yaradılacaq və onlar məsuliyyətə cəlb olunmayacaq.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.