TANAP layihəsinin tikintisi 10 milyard dollara qədər artırıla bilər
  • Azərbaycan qazının Avropaya ixracı üçün nəzərdə tutulan Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin reallaşması üçün nəzərdə tutulan məbləğ 3 milyard dollar artırılaraq, 10 milyard dollara yüksələcək.

bu barədə “Petkim” idarə heyətinin üzvü Kənan Yavuz Türkiyənin “Zaman” qəzetinə müsahibəsində deyib.

K.Yavuz layihədə əvvəlcədən nəzərdə tutulmayan dəyişikliklərə görə artıq xərclərin tələb olunduğunu bildirib.

“Bu layihə təkcə Türkiyə üçün ucuz və etibarlı təbii qaz qaynağına qovuşacağı anlamına gəlmir, həm də bölgənin davamlı stabilliyinə kömək edəcək”.

Layihənin maliyyə dəyərinin artımına da toxunan Yavuz qeyd edib ki, bununla da Azərbaycanın 2008-2018-ci illərdə Türkiyəyə sərmayə qoyuluşu 17 milyard dollardan 19-20 milyard dollara yüksələcək.

Onun sözlərinə görə, bu məbləğ Türkiyəyə 1923-cü ildən 2003-cü ilə qədər xaricilər tərəfindən yatırılan sərmayədən 5 milyard dollar artıqdır.

Qeyd edək ki, 2012-ci il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihənin 7 mlrd. ABŞ dollarına başa gələcəyi nəzərdə tutulurdu.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində SOCAR 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20% paya malikdir. SOCAR ona məxsus olan səhmlərin 29%-ni “Şahdəniz” Konsorsiumundakı tərəfdaşları olan - BP, “Statoil” və “Total” şirkətlərinə təklif edib. BP və “Statoil” bu layihədə hərəyə 12%, “Total” şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.