Tağı Əhmədovla məhkəmə çəkişməsinin vaxtı bəlli oldu
  • «Azadlıq»ın şikayətinə fevralın 14-də baxılacaq. “Azadlıq” qəzeti ilə Bakı metropoliteninin rəisi Tağı Əhmədov arasında məhkəmə çəkişməsi davam edir.

Qəzetin T.Əhmədovun iddiası əsasında çıxarılmış qərardan verdiyi kassasiya şikayətinə fevralın 14-də saat 14.50-də baxılacaq.

Xatırladaq ki, Bakı Metropoliteninin rəisi T.Əhmədov “Azadlıq”ı qəzetin 2012-ci il aprel sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə vermiş və 200 min manat cərimə tələb etmişdi. Yasamal Rayon Məhkəməsi iyun ayında iddianı təmin edərək qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoymuşdu. Sentyabrın 13-də isə Bakı Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlamışdı.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.