ANS təkzib edir: “Belə şey ola bilməz”
  • Milli Ordunun Daşkəsəndəki “N” saylı hərbi hissəsində üç ayın əsgəri Ceyhun Qubadovun müəmmalı şəkildə ölümü cəmiyyətdə böyük səs-küyə səbəb olub.

Mərhumun ailəsinin yas mərasimindən ANS telekanalının əməkdaşlarını qovması barədə məlumatlar bu məsələni daha da qabardıb. Facebook sosial şəbəkəsində yayılan video görüntüdən, yazılan xəbərlərdən məlum olur ki, mərhumun cənazəsi evdə olarkən onun yaxınları ANS-ə zəng edərək, kanalın əməkdaşlarını çəkilişə dəvət etsə, telekanal bundan imtina edib. Qeyd olunur ki, ANS-dən bildiriblər ki, Müdafiə Nazirliyinin rəsmi icazəsi almadan çəkilişə gələ bilməzlər.

ANS televiziyasının mövqeyini öyrənmək üçün kanalın mətbuat xidmətinin rəhbəri Mais Məmmədovla əlaqə saxlanılıb. O bildirib ki, belə bir hal heç vaxt ola bilməz. “Mən hər yayılan videoya baxmıram. Amma deyə bilərəm ki, bu ola bilməz”.

Aynur Cəfərova

(modern)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.