Şeyxülislam Aleksandr İşşeini təbrik etdi
  • QMİ sədri Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşşeini təbrik edib

QMİ-dən verilən məlumata görə, məktubda deyilir: "Hörmətli Arxiyepiskop, əziz qardaşım! Müsəlmanlar və şəxsən öz adımdan Sizi və Azərbaycanda yaşayan bütün Pravoslav Kilsəsinin ardıcıllarını böyük bayram - İsa (ə) peyğəmbərin mövludu və Yeni ilin başlaması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Millətindən və dinindən asılı olmayaraq hamımız Vahid Yaradanın bəndəsiyik və buna görə də bu gün Sizinlə birgə aydınlığı tərənnüm edən bayrama sevinir, pravoslav qardaş və bacılarımızla bu böyük təntənənin sevincini bölüşürük.

Qoy Uca Yaradan Azərbaycan xalqının rifahına xidmət edən, bizi birləşdirən amilləri qoruyub saxlamağa və layiqli davam etdirməyə yönələn səylərimizi qəbul etsin. Bu uca məqamlı gündə Ali Mərhəmətin Vətənimizin üzərində bərqərar olması üçün biz dualar oxuyur və diləyirik ki, dünyaya nümunə olan Azərbaycandakı nadir dinlərarası əməkdaşlıq bundan sonra da davam edib daha da zənginləşsin. Bir daha Zati-həzrətlərinizə və bütün pravoslav həmvətənlərimizə sevinclə dolu Mövlud bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram. Arzu edirəm ki, Yaradanın nuru pravoslav qardaş və bacılarımızın qəlblərini, hər bir ailəni sevincə bürüsün. Yaradanın mərhəmət və rəhmi Sizinlə olsun!"

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.