Bakıda maskalılar iş adamının evinə basqın etdi
  • Bu gecə saat 04:00 radələrində Bakı şəhərinin Xəzər rayonu ərazisində şəxsi mənzillərdən birinə basqın olub.

Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsindən FOXnews.az-a verilən məlumata görə, hadisə Şüvəlan qəsəbəsi, Nizami küçəsi 21, döngə 6 ünvanında yerləşən Akif Daşdəmir oğlu Həmzəyevə məxsus evdə baş verib.

Belə ki, 3 nəfər maskalı şəxs evə daxil olaraq, A.Həmzəyevə çoxsaylı bıçaq zərbələri endiriblər. Daha sonra həyətdəki ona məxsus “VAZ 2121” markalı, 90 EX 027 dövlət nömrə nişanlı avtomobili qarət ediblər. Zərərçəkmiş Akif Həmzəyevin iş adamı olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.