“Mənim “Facebook”da səhifəm yoxdur, əsgər ölümünə də münasibət bildirməmişəm”
  • Gülər Əhmədova: “Mənim “Facebook” səhifəm yoxdur, adımdan həmin səhifədə yayılan açıqlamaların da heç biri mənə aid deyil”.

FOXnews.az-ın məlumata görə, bunu APA-ya açıqlamasında Gülər Əhmədova deyib. Gülər Əhmədova onun adından əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı yayılmış açıqlamanın yalan olduğunu, bunu özünə qarşı təxribat hesab etdiyini vurğulayıb.

Qeyd edək ki, Gülər Əhmədovanın “Facebook” səhifəsində üç ayın əsgəri C. Qubadovun öldürülməsi ilə bağlı xəbəri paylaşılıb və onun adından belə bir açıqlama yer alıb: “Bəli, bu, hamımızın başına gələ bilər, çox narahatam”.

Xatırladaq ki, G. Əhmədovanın oğlu bir neçə gün əvvəl hərbi xidmətə başlayıb.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.