Məktəb direktorlarına ciddi tapşırıq
  • Ötən gün paytaxtın cəsində 5-ci sinif şagirdinin dünyasını dəyişməsi hər kəs kimi Təhsil Nazirliyini də təəssüfləndirdi və ciddi narahat etdi.

Bunu açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə deyib.

Onun sözlərinə görə, ölüm faktı ilə bağlı cinayət işi açılıb və hazırda hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılır: “Bizim hazırda hansısa münasibət bildirməyimiz cinayətin araşdırılmasına mənfi təsir göstərə bilər. Bu hadisədən sonra bütün ümumtəhsil məktəblərinin rəhbərlərinə bir daha tapşırıq verilib ki, onlar öz işlərinə, kollektivə rəhbərlik etmək kimi vəzifələrinə ciddi nəzarət etsinlər”.

B.Hüseynzadə qeyd edib ki, bu gün Azərbaycanda 1 milyon 300 minə yaxın şagird təhsil alır: “Bizim əsas məqsədimiz odur ki, bütün məktəb rəhbərləri öz işlərinə məsuliyyətlə yanaşsınlar və belə hallar baş verməsin. 182 saylı orta məktəbdə baş verən hadisə ilə bağlı öz tərəfimizdən də müvafiq araşdırmalar aparırıq. Məktəbdə əmək intizamının pozulması, məktəb rəhbəri və müəllimlərin öz işlərini hansı səviyyədə icra etmələrinə dair yoxlamalar görülür. Əgər araşdırmaların sonunda bu hadisənin baş verməsində məktəb və müəllimin günahkar olduğu sübut olunsa, həm məktəb, həm də müəllimə qarşı lazımi tədbirlər görüləcək və cəzalandırılacaq”.

Jalə Suleymanqızı

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.