Əhmədinejad parlamentdə çıxış edəcək
  • İran prezidenti Mahmud Əhmədinejad yanvarın 16-da ölkə parlamentində çıxış edəcək.

M. Əhmədinejadın əslində bu həftə parlamentdə ölkədəki iqtisadi problemlər və dövlət büdcəsi ilə bağlı çıxış edəcəyi, öz fikirlərini və hökumətin mövqeyini açıqlayacağı gözlənilirdi. Lakin o, parlamentə müraciət ünvanlayaraq çıxışının növbəti həftəyə təxirə salınmasını xahiş edib. İclasın kütləvi informasiya vasitələri üçün açıq olacağı bildirilir.

İSNA-nın xəbərinə əsasən M. Əhmədinejad Nazirlər Kabinetinin iclasında vurğulayıb ki, ölkənin problemlərini həll etmək üçün bir sıra önəmli qərarlar qəbul olunmalıdır: “Hökumətin bu sahədə hazırladığı layihələri parlamentin tribunasından elan edəcəyik”.

Sabina Əsədova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.