Vəkil: “Elşad Abdullayev Bakıya gəlmək istəyir”
  • “Cinayət işinin istintaqını müstəqil istintaq komissiyası deyilən qurum aparmır”

“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Azərbaycana gəlmək istəyir”. Bu barədə sabiq rektorun vəkili Adil İsmayılov məlumat verib. O bildirib ki, Elşad Abdullayev imkan yaranan kimi Azərbaycana gəlmək istəyir: 

“O yalnız Azərbaycana şahid qismində gətirilə bilər. Elşad Abdullayev mənə deyib ki, özü də Azərbaycana gəlmək istəyir”.

Vəkilin sözlərinə görə, bəziləri  cinayət işinin harada aparılması ilə bağlı ünvanı səhv salırlar. 

“Cinayət işinin istintaqını müstəqil istintaq komissiyası deyilən qurum deyil, Bakı şəhər Prokurorluğu aparır. Bununla da əlaqədar Elşad Abdullayevin zərərçəkən qismində ifadəsi alınmayıb. Odur ki, o, bu istintaqda heç iştirak etmir”, – deyə A.İsmayılov vurğulayıb.

Sabina Əsədova

(modern)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.