Rufiz Qonaqov əsgər ölümünə münasibət bildirdi
  • Əsgər ölümü ilə bağlı BMAM sədri, politioloq Rufiz Qonaqov FOXnews.az-a açıqlama verib. O bildirib ki, belə halların baş verməsi təəssüf doğuran məqamlardır.

“Lakin mən bunun siyasiləşdirilməsinin qəti əleyhinəyəm.  Ayrı- ayrı siyasi təşkilatlar və qurumlar bu məsələdən sui istifadə etməyə çalışırlar. Əlbətdə ki, belə məsələlərdə günahkar  şəxslər cəzaladırılmalıdırlar. Məndə olan məlumata görə artıq ordu rəhbəri və ölkə rəhbərliyi bununla bağlı konkret tapşırıqlar verib və günahkarlar cəzalandırılıb. Mən əminəm ki, onlar öz layiqli cəzalarını alacaqlar.

Biz hal- hazırda müharibə şəraitdə yaşayırıq. Belə halların şişirdilməsi və siyasiləşdirilməsi düzgün deyil. Bütün sahələrdə olduğu kimi orduda da baş verən istənilən qanunsuzluqların qarşısı qanunla alınır. Təəssüf edirəm ki, belə hallardan sui istifadə edən siyasi təşkilatlar və şəxslər vardır.”

Jalə Suleymanqızı (FOXnews.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.