KXCP sədri İsa Qəmbərdən əvvəl namizəd olduğunu bəyan edib (AÇIQLAMA)
  • “Seçkilərlə bağlı nə işlər mümkündürsə onların hamısı görülür”.

Bu fikirləri açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. Seçkilərlə bağlı hazırlıqlarıa başlandığını deyən M.Mirəlioğlu namizəd olacağı ilə bağlı 2010-cu ildə bəyanat verdiyini diqqətə çatdırıb.

“Indiki şəraitdə seçki ilinə başladığımız dövrdə bütün gələcək işlər Seçki Məcəlləsinə uyğun olaraq görülür. Mənim namizədliyimlə bağlı deyə bilərəm ki, 2010-cu ildə parlament seçkilərindən sonra 2013-cü il prezident seçkilərində iştirak edəcəyim haqda bəyanat vermişəm. Partiyanın Ali Məclisində bir neçə dəfə bu məsələ müzakirə olunub. Ali Məclisin bu il keçiriləcək ilk sessiyasında bu məsələyə bir daha münasibət bildirəcəyik. Siyasi qərar yəqin ki, veriləcək”, - deyə partiya sədri vurğulayıb.

KXCP sədri prezident seçkilərinə hansı qrup və yaxud blokla qoşulacağı haqda  prezident seçkilərinə hansı qrup və yaxud blokla qoşulacağı haqda sualımıza belə cavab verib:

“Hər halda bütün namizədlər kimliyindən aslı olmayaraq fərd olaraq tək özü iştirak edir. Bundan sonra seçki bloku yaranır. Hesab edirəm ki, əvvəl ilkin addım atılmalıdır, sonra digər məsələlər gündəliyə gətirilir”.

Aynur Cəfərova

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.