Əli Mirəliyev daha bir qalmaqal yaratdı
  • “Filankəs yataqda yaxalandı”... Sözü uzadırlar, adamın bütün əsəblərini pozurlar"

Mirəliyev bildirib ki, indiki teleaparıcılar efirdə qeyri-etik sözlər işlədirlər və Azərbaycan dilində düzgün danışa bilmirlər: “İndi televiziyanı açanda adam bu aparıcıların səsini eşidir, əti tökülür. Ağızlarına nə gəldi danışırlar. Bizim nə gözəl, abırlı-həyalı danışan aparıcılarımız olub - Sabir Əsgərov, Roza Tağıyeva, Ofelya Sənani və sair kimi insanlar.

Bu təzə çıxan aparıcılar kimdən tərbiyə alıblar, bilmirəm. Bir çox sözləri rus dilində deyirlər, eybi yox. Bəs bu nədir, sözə baxın “filankəs yataqda yaxalandı”... Sözü uzadırlar, adamın bütün əsəblərini pozurlar. Bu nə danışıqdır bunlar danışır.

Ağızlarına nə gəldi deyirlər. Aparıcıların bəziləri bu sözləri dediyimə görə məni günahkar çıxartmasınlar. Bir efiri açıb özlərinə və nə danışdıqlarına baxsınlar. Görsünlər günahkar kimdir - Mən, ya onlar?”

Eltən Abışov

(qafqazinfo)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.