Prezident İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşüb (FOTO)
  • Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.Görüşdə Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə prezident İlham Əliyevi təbrik edib.

(AzərTAc).

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.